Gündəm

Xədicə İsmayılı tutduran Tural Mustafayev haqda şok faktlar

Xədicə İsmayılı tutduran Tural Mustafayev haqda şok faktlar“Əlimdə 32 səhifəlik yazı, smslər, səs yazışmaları, screenlər var…” ;Xanım jurnalistin eks-dostu hamını məhkəməyə çağırır, meydan oxuyur ; lakin onu da ifşa edən faktlar var; “Tural siçan dərmanı içməzdən əvvəl yazıb ki, «nişanlım məndən ayrıldı, özümü öldürürəm, getsin indi mənsiz yaşasın…”

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovaın həbsinə səbəb olan Tural Mustafayevlə bağlı ortaya yeni detallar çıxıb. Sonuncu jurnalistin onu intihar həddinə çatdırdığını iddia etdiyi üçün X.İsmayılova hazırda həbsdədir. Vaxtilə “Azadlıq” radiosunda, daha sonra Meydan TV-də çalışmış T.Mustafayev mediaya verdiyi ilk açıqlamalarında faktiki heç nə danışmayıb, “istintaq sirridir” deyərək, susub. Amma facebookdakı profilində bəzi detalları açıqlayıb ki, bu da istintaqın hansı istiqamətdə aparılacağına işarədir.

Onlara keçmədən öncə “Yeni Müsavat” sizə T.Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimli ilə bağlı detalları təqdim edir. İlkin fərziyyələr budur ki, istintaq R.Rəhimli ilə T.Mustafayevin ayrılmasında və sonuncunun guya bu hadisəyə görə intihara cəhdində xanım jurnalisti səbəbkar kimi göstərəcək. Amma bu məsələ ilə bağlı R.Rəhimli artıq Meydan TV-yə açıqlama verib. Açıqlamasında da bildirib ki, nişanlısının tez-tez depressiyaya düşməsi, aqressivləşməsi ayrılmalarına gətirib çıxarıb: “Bir dəqiqənin içində halı dəyişirdi. Tanımaq olmurdu. Bu hallarına dözə bilməyib nişanı qaytardım. Hətta özü də Meydan TV-yə açıqlamasında deyib, bir müddət əvvəl Maştağadakı 1 saylı ruhi dispanserdə müalicə almışdı. Mütəmadi olaraq antidepressiv dərmanlar atır”.

Bununla yanaşı, R.Rəhimlinin yaxın rəfiqəsi olduğunu iddia edən Şəhla Hümbətova adlı bir xanım facebook statusunda bu məsələ ilə bağlı xeyli ilginc detallar açıqlayıb. Statusu olduğu kimi nəzərinizə çatdırırıq: “Deməli, bu bu Tural dediyiniz mənim yaxın rəfiqəm Rövşanənin keçmiş nişanlısıdır. İki ay olar Roşka nişanı qaytarıb. Hardasa 7 ay nişanlı olublar. Bu 7 ayda yazıq qızın nələr çəkdiyinin biz rəfiqələr şahidiyik. Oğlanın psixoloji problemləri var, son vaxtlar bununla bağlı Maştağada müalicə alırdı, ondan sonra psixoloqun seanslarina gedirdi. 7 ayda bəlkə yetmiş dəfə Roşka nişanı qaytarmağa cəhd edib, amma hər dəfə bu adam hoqqa çıxarıb – ”özümü də, səni də öldürəcəm\”, – deyə gah hücum edib, gah özünü asan yerdə şəklini göndərib, daha nələr, nələr… Ağlamaq, yalvarmaq, təhdid etmək – hər vasitə ilə qızı yanında saxlayıb. Roşka da ürəyi yumşaq biridir. Yazığı gəlirdi ki, mənsiz bu batacaq, məhv olacaq, içki onu məhv edəcək.

“Prokurorluğun məlumatında sizin oktyabrda intihar etdiyiniz bildirilir. Bu yazışma mart ayında olub və martdan da oktyabra kimi 8 ay keçib. Bu yazışmaların intiharınızla nə əlaqəsi var? Təkrar deyirəm, bu yazışma şəxsi münasibətdir”

7 ayın bəlkə cəmi 7 günü Roşkanın üzü gülüb – qalan vaxt Turalın xroniki depressiyaları qeyri-adekvat hərəkətləri, spirtli içki düşkünlüyü, durduğu yerdə dava salması yazığı nə hallara salırdı – gecə-gündüz qıza dəstək verməkdən daha professional psixoloq olmuşdum. Sonuncu belə hadisə oktyabrda oldu. Yenə nəsə hoqqa çıxartmışdı, Rövşanə dözməyib polisə verdi. (Sabunçu 13-cü bölmə, mən də getdim gecə vaxtı polisə ki, qıza nəsə edər, yanında olum) və Turalın valideynlərinə xəbər edib, nişanı qaytardı, hər yerdə də blok etdi onu. Tural iki gün Rövşanəni öldürmək planları qurub rəfiqələrinə yazırdı ki, mən onu öldürəcəm-filan. Əvvəllər də onu vururdu, hücum edirdi, çox qorxmuşduq… Bir də qızlar mənə zəng vurdular ki, Tural siçan dərmanı içib ölür. İçməzdən əvvəl isə Samiraya yazıb ki, bəs Roşkaya de ki, məndən ayrıldı, özümü öldürürəm, getsin indi mənsiz yaşasın filan… Xilas etdilər, göndərdilər Maştağaya, sonra da istintaq başladı. Bir on gün olar yenə Roşkanı güdüb, hücum edib küçədə ki, öldürəcəm. Canını güclə qurtarıb Roşka, polis ərizə verib, deyəsən Səbayeldə araşdırılır… Bax belə… İndi də durub deyir ki, Xədicə məni işdən çıxardıb, ona görə özümü öldürmüşəm. Neçə aydır Tural-Roşka əhvalatını canlı izləyən biz rəfiqələr üçün bu iddia sadəcə gülməlidir, vallah.
P.S. Roşka indi çox pisdir, mənəvi sarsıntılar onu darmadağın edib. Şəxsi faciə də bir tərəfdən, Turalın təhdidləri o biri tərəfdən… Ən pisi işin içini bilməyən ictimaiyyətin hay-küyü də digər tərəfdən. Bu yazıq qız öz səhv seçiminin və situasiyanın qurbanı oldu… Durduğu yerdə işə düşmək buna deyirlər\”.

***
Ən maraqlısı isə Tural Mustafayevin öz facebook profilində yazdıqlarıdır. O, mediaya müsahibəsində “istintaq sirridir” deyə heç nə açıqlamasa da, 6 dekabr tarixində paylaşdığı bu statusla istintaqın bundan sonrakı gedişinə işıq salır: “Hamı heç nəyi bilmədən ağzına gələni tirajlayır. İstintaq davam edir. Açıq məhkəmə keçirilməsini hakimdən xahiş edəcəm. Gələrsiz o mənim üzüm və o sizin üzünüz. Gəlib fakt və sübutları rəsmi görəndə nə edəcəksiz? İndi qara yaxmağa başladığınız kimi, onda üzr istəyəcəksiz? Hər şeyi bilənlər yaxşı bilir. Sadəcə ”Demokratiya\” altında gizlənib həqiqətləri də boğursuz. Yaxşı jurnalist, araşdırmaçı ola bilər, amma şəxsi insani keyfiyyətləri sizə hələ məlum deyil. İstintaq bitəndən sonra bütün screenlər Facebookda tirajlanacaq. Təəssüf hissi ilə qeyd edirəm, çox pis olacaqsız. Bəlkə də məndən yox, özünüzdən bağışlanmağınızı istəyəcəksiz. Qazan deyir içim qızıldır, cömçə deyir fırlanıb çıxmışam.

Rövşanə Rəhimlinin açıqlamasına isə belə cavab vermək istəyirəm. 9 martda baş verənlər sənin gözünün qarşısında idi. Ondan sonra baş verən təzyiqlərdə gözünün qarşısında idi. Xədicənin sənin və mənim haqqımda dediklərini gəlib sənin üzünə deyirdilər. Amma indi nədən qorxub susduğunu bilmirəm. “Demokratlar”ın hüçümlarındanmı qorxursan? Bu gün səni mənim üzümə qoyurlar. Əla. Haqq həmişə yerini tutacaq.

Aynur İmranovanın yaydığı şəkilə (söhbət T.Mustafayevin saçını iki tərəfdən yığıb, üzünü turşudaraq poza verdiyi fotodan gedir-müəl.) isə açıqlama olaraq bildirirəm ki, şəkilin nə vaxt çəkildiyinə nəzər yetir. Bu Xədicəni və səni tanıdığım günlər olub. Yəni sizin kruqunuzda olan vaxtı çəkilib. İndi bunu tirajlamaq sizin hansı sifətdə olduğunuzu bir daha sübüt edir.

P.S. Cəmiyyət insanları tanıyır. Bir vaxt dost deyirlər,səxsi münasibətləri pozulan kimi düşmən kəsilirlər sənə. Bir müraciət edirsən, iki müraciət edirsən Qara xətlərindəsən lazım deyilsən. Dözürsən, dözürsən sonda hər şey üzə çıxır.

P.S.S. İndi isə keçin hücuma bir neçə müddət danışmağa söz tapıldı sizə. Qara yaxın, təhqir edin necə düşünürsüz elədə edin. Amma sonda arzuladığınız hər bir şey özünüzə qayıdacaq\”.

“Tural iki gün Rövşanəni öldürmək planları qurub rəfiqələrinə yazırdı ki, mən onu öldürəcəm”

T.Mustafayev həmçinin statuslarından birində iddia edir ki, keçmiş nişanlısı Rövşanə Rəhimova tərəfindən Meydan TV-yə verilən müsahibə sms şəkilində göndərilib: “SMS-in məzmunu dəyişdirilib. SMS-də redaktə işləri aparılıb. Açıqlama oxuduğunuz kimi olmayıb”.

Və dekabrın 6-da T.Mustafayev “istintaq sirri” olan bir detalı dostları ilə paylaşıb. Bu, X.İsmayılovla facebookda, inboxda baş vermiş yazışmalarından birinin screen şotu olub. T.Mustafayev onu aşağıdakı anonsla paylaşıb: “Kiçik bir hədiyyə düşünməniz üçün.. Qarayaxmanı haqsız etdiyinizə görə peşman olmayın sonra..”.

Sözügedən dialoq isə şəxsi xarakter daşıyır. “Yeni Müsavat” xatırladır ki, həmin profilin gerçəkdən X.İsmayılovaya məxsus olub-olmadığı bilinmir. Amma profil fotosu X.İsmayılova məxsusdur. İkili arasında söhbətdə jurnalist xanımın adından yazılan sözlər onun T.Mustafayevdən incidyini göstərir. X.İsmayıl ona “Tural, mənə xəyanət elədin, problem deyil. Hisslərimi sömürdün, yenə problem deyil. Amma xahiş edirəm, məni axmaq yerinə qoyma. Bunu heç kimə bağışlamıram”.

T.Mustafayev isə cavabında ona “axmaq mənəm” yazıb. Xanım jurnalistin “Tural, səninlə danışdıqca iyrənirəm. İndi qusacam”, cavabından sonra isə dialoq yekunlaşıb. Hər halda, T.Mustafayevin “oxucu”larına təqdim etdiyi dialoqun hissəsi bu qədər idi.
Statusu paylaşandan sonra sürətini almayan T.Mustafayev yeni anonslar da verib: “Hamı deyəsən susdu. Niyə hücuma keçmirsiz? Fakt dilinizi kəsdi? 32 səhifəlik yazıdan sadəcə qısa bir fraqment idi. Davamı iş bitəndən sonra olacaq. SMS-lər, səs yazışmaları, screenlər. Onda nə deyəcəksiz? Papağınızı qarşınıza qoyun fikirləşin!”

Amma bu məlumatla tanış olan dostları daha çox T.Mustafayevi qınayıb və söyüblər. Onlardan biri isə maraqlı bir detala toxunub: “Prokurorluğun məlumatında sizin oktyabrda intihar etdiyiniz bildirilir. Bu yazışma mart ayında olub və martdan da oktyabra kimi 8 ay keçib. Bu yazışmaların intiharınızla nə əlaqəsi var? Təkrar deyirəm, bu yazışma şəxsi münasibətdir”.

T.Mustafayev isə buna cavab verə bilməyib. Onun profilinə diqqətlə nəzər salanda isə son günlər daha çox ayrılıq mahnıları paylaşdığı, depressiv situasiyada olduğu hiss edilir. Xüsusən də 3 dekabrda yazdığı bu status çox mətləbdən xəbər verir: “İnsan özü-özünü lənətlədiyi kimi, başqa heç kim insanı özündən çox lənətləyə bilməz…”

Bu arada Meydan TV-nin icraçı direktoru Emin Milli bu hadisə ilə bağlı bəyanat yayıb. Bildirib ki, Tural Mustafayev adlı şəxs 2014-cü ilin yanvar, fevral və mart aylarında Meydan TV-də reportyor kimi fəaliyyət göstərib: “Meydan TV ilə əməkdaşlıq etdiyi aylarda işinə laqeyd yanaşdığı, verilən tapşırıqları lazımınca yerinə yetirmədiyi, dəfələrlə iş etikasını pozduğu, həmçinin psixoloji baxımdan qeyri-adekvat addımlarına görə Meydan TV-dəki işindən uzaqlaşdırılıb. Mənim onun Xədicə İsmayılova ilə hər hansı münasibətlərindən xəbərim olmayıb. Xədicə İsmayılova ilə Tural Mustafayev barədə heç bir söhbətim olmayıb. Xədicə İsmayılova Meydan TV-də heç bir vəzifə, heç bir səlahiyyət sahibi olmayıb, onun Meydan TV-nin hər hansı siyasətinə, qərarlarına, o cümlədən kadr siyasətinə heç bir təsir imkanları olmayıb. Tural Mustafayevin Xədicə İsmayılovanın təkidi və ya təklifi ilə işindən azad edilməsi ehtimalı ola bilməz”.
Mövzunu davam etdirəcəyik.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button