Gündəm
Müdafiə Nazirliyi Azərbaycandakı \”əfqanları\” cəbhə bölgəsinə apardı
Azərbaycandakı “Əfqanıstan müharibəsi veteranları” İctimai Birliyinin üzvləri Müdafiə Nazirliyinin dəstəyi ilə cəbhə bölgəsinin Tovuz-Qazax istiqamətində əsgərlər ilə görüşə yola düşüblər.
APA-nın məlumatına görə, bu gün Əfqanıstan müharibəsi veteranları Müdafiə Nazirliyinin məsul şəxsləri ilə birgə Şəhidlər xiyabanını ziyarət ediblər.
Birliyin rəhbəri, Əfqanıstan müharibəsi veteranı Məhəmməd Vəliyev bildirib ki, veteranlar cəbhə bölgəsində əsgərlərlə görüşəcək, öz təcrübələrini onlarla bölüşəcək, hazırkı ruh yüksəkliyini daha da artırmağa çalışacaqlar.
O qeyd edib ki, bu, Müdafiə Nazirliyinin tədbirlər planına uyğun həyata keçirilir.
Daha sonra veteranlar cəbhə bölgəsinə yola düşüblər.
Loading...