Gündəm
\”Amnesty İnternational\”: \”Jurnalistlərin qatilləri cəzasız qalır…\”
“Hökumətin jurnalist Rasim Əliyevin ölümünün araşdırılmasını şəxsi nəzarətə götürülməsi barədəki vədləri çətin ki, real ədalət mühakiməsinə gətirib çıxarsın”.
Bu barədə \”Amnesty İnternational\” hüquq-müdafiə təşkilatının bəyanatında deyilir.
“Uzun müddətdir ki, Azərbaycan jurnalistləri təqib və Rasimin ölümü kimi dəhşətli hücumların obyektlərinə çevriliblər. Qərəzsiz təhqiqat barədə inandırmalara baxmayaraq bu qətllərdə günahı olanlar cəzasız qalır” – deyə təşkilatın nümayəndəsi Natalia Nozadze bildirib.
\”Azərbaycanda ifadə azadlığı “can verir”. Odur ki, nə qədər ki bu azadlıq tam bitməyib, hakimiyyət jurnalistləri qorumaq üçün dərhal və effektiv tədbirlər görməlidir” – N.Nozadze bildirib (\”Turan\”).
Loading...