Gündəm

Göygölə giriş qadağası ilə bağlı- Rəsmi açıqlama

Göygölə giriş qadağası ilə bağlı- Rəsmi açıqlamaBu dəqiqələrdə Göygölə girişin bağlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

\”Qafqazinfo\” məlumatı dəqiqləşdirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Vaqif Cavadovla əlaqə saxlayıb. Onun sözlərinə görə, hazırda işçi qüvvəsi Göygöl Milli Parkının ərazisində təmizləmə işləri aparır:

\”İki- üç saat ərzində ərazidə olan zibillər yığışdırıldıqdan sonra vətəndaşlar tam sərbəst parka daxil olub ziyarətlərini edə biləcəklər\”.

Direktor qeyd edib ki, istənilən insan axını olan yerdə zibillənmə də, qayda pozan da olur: “Təbii ki, biz bunun qarşısını almaq üçün sərt tədbirlər görürük. Cərimələr tətbiq olunur, qara siyahı tərtib olunur. İtaətsizlik göstərən vətəndaşlar qara siyahıya daxil olacaq. Onlar növbəti dəfə Milli Parkın giriş qapısından buraxılmayacaq. O siyahı nazirliyin saytında yerləşdiriləcək. Amma bununla yanaşı biz həftədə bir dəfə Milli Parkda sanitar gün keçirəcəyik. Sanitar gündə bütün işçi qüvvəsi əraziyə cəlb olunacaq, zibillər yığışdırılacaq. Hazırda işçi qüvvəsi ərazinin müxtəlif yerlərində təmizləmə işləri aparır. Bu gün iki- üç saat ərzində ərazidə olan zibillər yığışdırıldıqdan sonra vətəndaşlar tam sərbəst parka daxil olub ziyarətlərini edə biləcəklər”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button