Gündəm

Bakı-Sumqayıt dəmir yolu ətrafında yaşayan köçkünlər köçürüldü

Bakı-Sumqayıt dəmir yolu ətrafında yaşayan köçkünlər köçürüldüBakı-Sumqayıt dəmir yolu xətti ətrafında xeyli sayda qanunsuz tikililərdə məskunlaşmış məcburi köçkünlər artıq ərazidən köçürülüblər.

Bunu \”Report\”a \”Azərbaycan Dəmir Yolları\” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, hazırda ərazidə ancaq iki ailə qalıb və onlar kompensasiya alaraq, yaxın günlərdə ərazini tərk edəcəklər.

Xatırladaq ki, avqustun əvvəlində qurumun rəhbərliyi dəmir yollarının ətrafında qanunsuz inşa olunan tikililərin sayının həddindən artıq çox olduğunu və yeni qeydiyyata alınmadan sonra bütün sənədlərin hökumətə təqdim olunacağını bildirmişdi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button