Gündəm

Dalaşan xalq artistləri polis bölməsində barışıb

Dalaşan xalq artistləri polis bölməsində barışıbAkademik Milli Dram Teatrının aktyorları – xalq artistləri Ramiz Məlik və Ramiz Novruz barışıb.

Bu barədə \”Report\”a xalq artisti Ramiz Novruz məlumat verib.
Onun sözlərinə görə, barışıq Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində baş tutub: \”Bu gün səhər Polis Bölməsində Ramiz Məlikdən üzr istədim. Barışdıq və Ramiz Məlik şikayət ərizəsini geri götürdü. Hazırda teatra gedirik. Bir azdan teatrda kollektivin qarşısında yenidən Ramiz Məlikdən üzr istəyəcəm. O, məndən 12 yaş böyükdür. Ağsaqqaldır. Mən ona əl qaldırmışam. Əlim üzünə dəyib. Bilmədən olub. Əsəbi olmuşam\”.
Ramiz Məlik də \”Report\”a açıqlamasında Ramiz Novruzun dediklərini təsdiqləyib: \”Mən böyüklük etdim. Onu bağışladım. Dəfələrlə üzr istədi. Polis bölməsində olduq və ərizəmi geri götürdüm. İndi teatra gedirəm. Saat 15:00-da kollektiv qarşısında məndən yenidən üzr istəyəcək. Barışdıq və söhbətin bitməsini istəyirəm\”.
Xatırladaq ki, avqustun 23-də iki xalq artisti arasında münaqişə baş vermişdi. Hadisədən sonra xalq artisti Ramiz Məlik öz həmkarından polisə şikayət etmişdi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button