Gündəm

Azərbaycan Boks Federasiyası etirazını bildirib

Azərbaycan Boks Federasiyası etirazını bildiribAzərbaycan Boks Federasiyası Federasiyası bəyanat yayıb. Gunxeber.com xəbər verir ki, bəyanatda federasiyanın rəsmi loqosunda Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi göstərildiyi bildirilir.
Qeyd edək ki, www.haqqin.az saytında avqustun 30-da «Федерация Бокса Азербайджана оставила Азербайджан без Нахчывана» (Azərbaycan Boks Federasiyası Azərbaycanı Naxçıvansız qoyub) başlıqlı xəbər yerləşdirilib. Xəbərdə göstərilir ki, Azərbaycan Boks Federasiyası Federasiyası öz loqosunda təsvir olunan xəritədə Naxçıvan əks olunmayıb.

Azərbaycan Boks Federasiyası (ABF) bununla əlaqədar bildirir ki, federasiyanın rəsmi loqosunda Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi göstərilib:

“Federasiyanın, eləcə də beynəlxalq boks federasiyasının rəsmi saytına baxmaqla bunun şahidi ola bilərsiniz. Bundan başqa, Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən boksçuların geyimlərində də Naxçıvanı məhz respublikamızın tərkib hissəsi kimi göstərilən loqo əks olunub.

Xəbərdə fotosu verilən loqonun ABF-yə heç bir aidiyyatı yoxdur. Bu çox güman ki, ayrı ayrı fiziki şəxslərin tikiş sexlərində istehsal edilib satılan və federasiyayla bağlılığı olmayan idman geyimidir. ABF-nin bütün milli komandaları eyni dəst formada çıxış edirlər və onların geyimlərində loqo əks olunub”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button