Gündəm

“Niyə bu işlər ancaq hakimiyyəti tənqid edən jurnalistlərin başına gəlir?!”

“Niyə bu işlər ancaq hakimiyyəti tənqid edən jurnalistlərin başına gəlir?!” “Xədicə İsmayılovanın həbsi həm vətəndaş cəmiyyətinə, həm də mediaya ciddi zərbədir”. Bunu “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev deyib.

“Azadlıq” radiosunun məlumatına görə, Mehman Əliyev jurnalistin həbsini peşə fəaliyyəti ilə əlaqələndirib: “Bəyanatlar yayılır ki, jurnalistlər öz peşələrinə görə həbs edilmirlər. Bəs nəyə görə bu işlər ancaq hakimiyyəti tənqid edən jurnalistlərin başına gəlir?! Bütün bunlar onu göstərir ki, bu bir siyasətdir və bu siyasətin əsas məqsədi Azərbaycanda azad sözü, azad fikri boğmaqdır”.

Mehman Əliyev hesab edir ki, 2015-ci ilin yazınadək bütün siyasi məhbuslar azad ediləcək: “Çünki burada bir neçə məsələ var. Ümumilikdə sosial-iqtisadi durum yaxşı deyil. Hər şey neft iqtisadiyyatı üzərində durduğundan ildən-ilə itiririk. Azərbaycan hakimiyyəti üçün qeyri-neft sektorunun işə salınması çox vacibdir. Bunun üçün gərək azad iqtisadiyyat olsun, azad iqtisadiyyat üçün azad məhkəmələr, digər qarantiyalar olmalıdır.

İkinci məsələ – Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklər var və bunu kənara ata bilməz. Üçüncüsü də, hadisələr var: olimpiya oyunları, seçkilər… 2015-cü ildə Azərbaycan Avropa Şurasına hesabat verməlidir. Ona görə hesab edirəm ki, elə gələn ilin yanvar ayından müsbət addımlar atılacaq və getdikcə artacaq. Hesab edirəm ki, vətəndaş cəmiyyətində dialoq başlanacaq, Xədicə İsmayılova və digərlərinin məsələsi də müsbət həll olunacaq”.

Dekabrın 5-də Səbail Rayon Məhkəməsi “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Qərar Bakı Şəhər Prokurorluğunun təqdimatı əsasında qəbul edilib.

Təqdimat jurnalist Tural Mustafayevin intihara cəhdinin istintaqı ilə əlaqədardır. Tural Mustafayev oktyabrın 20-si Bakıda “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd edib. İstintaq iddia edir ki, Tural Mustafayevi Xədicə İsmayılova özünü öldürmə həddinə çatdırıb

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button