Gündəm
FHN: \”Zəlzələ nəticəsində dağıntı və tələfat haqda heç bir məlumat yoxdur\”
\”Zəlzələ nəticəsində ölkə ərazisində hər hansı dağıntı və tələfatın olması haqqında hazırda heç bir məlumat yoxdur\”.
Bunu \”Report\”a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti şöbəsinin rəisi Oktay Bayramov bildirib.
O bildirib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi zəlzələdən sonra yaranmış durumu izləyir və vəziyyət nəzarətdədir.
Xatırladaq ki, bu gün Azərbaycanın bir sıra ərazilərində yerli vaxtla saat 09.49-da zəlzələ olub. Zəlzələ Şəkidən 29 km cənub-şərqdə Şəki ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub. Təkanlar Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Ağdam, Sabirabad rayonlarında, habelə ölkənin bir sıra rayonlarında hiss olunub.
Loading...