Gündəm

ABŞ Azərbaycan-Ermənistan təmas xətti boyu topların işə düşməsindən narahatdır

ABŞ Azərbaycan-Ermənistan təmas xətti boyu topların işə düşməsindən narahatdırABŞ Dövlət Departamenti Dağlıq Qarabağda zorakılığın artması ilə bağlı açıqlama yayıb.

Virtualaz.org saytı Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Con Kirbi sentyabrın 10-da keçirdiyi brifinqdə deyib.

“Ermənistan və Azərbaycan qüvvələrinin beynəlxalq sərhəd boyunca minaatıcılardan və digər ağır artilleriyadan istifadə etməsi, nəticədə dinc sakinlərin ölümü və kəndlərə ziyan dəyməsi barədə etibarlı məlumatlar almışıq. Münaqişənin kəskinləşməsindən dərin narahatlıq hissi keçiririk, dinc sakinləri hədəfə alan istənilən hərbi hərəkəti pisləyirik. Belə zorakılığa dərhal son qoymağa, gərginliyin azaldılmasına və dinc sakinlər arasında itkidən qətiyyətlə qaçılmasına çağırırıq” – deyə C.Kirbi bəyan edib.

“Ermənistan və Azərbaycan prezidentlərinə ATƏT-in Minsk “rupu həmsədrləri ilə yaxından işləyərək Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həlli üçün öhdəliklər götürdüklərini xatırladırıq”- Dövlət Departamentinin sözçüsü əlavə edib.

Son günlər cəbhə xəttində gərginliyin artması, hər iki tərəfin irimiqyaslı təlimlərə başlaması hərbi əməliyyatların bərpası ehtimallarını gücləndirib. Bu ehtimalları həm Ermənistan, həm də Azərbaycan tərəfindən müşahidəçilər səsləndirməkdədir

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button