Gündəm

Mikayıl Cabbarovun səfəri Saatlıda aranı qatdı: AKSİYA

Mikayıl Cabbarovun səfəri Saatlıda aranı qatdı: AKSİYAMikayıl Cabbarovla görüşə buraxılmayan narazılar Siraqəddin Cabbarovun əleyhinə şüar səsləndiriblər

Bu gün Saatlı rayonunda təhsil naziri Mikayıl Cabbarovla şikayətçilərlərin görüşdə insident yaşanıb. Savash.org jam.az-a istinadla bildirir ki, nazirlə görüşdən əvvəl görüşün keçiriləcəyi yeridən 500 metr aralıda “canlı sədd” quran rayon İcra Hakimiyyətinin işçiləri narazı adamları görüşə buraxmayıb.

İş o həddə çatıb ki, şikayətə gəlmiş müəllimlər və rayon sakinləri nazirlə görüşmək üçün israr etdikdə isə narazılıq baş qaldırıb. Və şikayətçilər Mikayıl Cabbarovla görüşmək üçün hərəkətə keçiblər. Təqribən 100 nəfərdən artıq şəxsin hərəkətlənməsini görən icra başçısının müavini İlham Quliyev və digər müavinlər İcra Hakimiyyətinin işçiləri ilə birlikdə camaatın üzərinə hücum çəkiblər.

Məlumatda qeyd olunur ki, bu zaman toqquşma baş verib və İcra Hakimiyyətinin işçiləri müavin İlham Quliyevin “rəhbərliyi” altında camaatı vurmağa başlayıblar. Heç cür nazirlə görüşə bilməyən camaat isə etirazlarını şüarlar səsləndirməklə bildiriblər. Onlar “Stalin sizdən yaxşıdır”, “Allah Kim İr Çenə rəhmət eləsin, o sizdən yaxşı adam olub” deyərək dağılışıblar.

Məlumatda o da vurğulanır ki, Saatlının icra başçısı nəzliyyat naziri Ziya Məmmədov gələn zaman həyata keçirdiyi taktikanı Mikayıl Cabbarovla da görüşdə reallaşdırıb. Öyrədilmiş adamlar nazirlə görüşərək, rayonda hər şeyin “ideal” olduğunu bildiriblər. İki saat çəkən görüş bununla da başa çatıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button