Gündəm

İlhamədən ŞOK AÇIQLAMALAR: — \”Elza özündən 20 yaş cavan oğlanla…\”

İlhamədən ŞOK AÇIQLAMALAR: — "Elza özündən 20 yaş cavan oğlanla..."Xalq artisti İlhamə Quliyeva Ölkə.Az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan barədə ilginc açıqlamalar edib

Sənətkarın əməkdaşımızla söhbətində dediklərini olduğu kimi və şərhsiz təqdim edirik:

\”Qudurmuş, itə, siçana, pişiyə xidmət edən Elza ağzının danışığını bilməyib və dünən özündə olmayıb. Ona görə də ağzından çox tərbiyəsiz sözlər çıxarıb. Yəqin ki, Elza bu gün ayılıb. Sən dələduzsan, parlamentdə otura bilməzsən. Çünki Azərbaycanın bir çox bölgələrində zinət əşyaları dükanlarına borclusan və buna sübutum da var. Sənə bir sual vermək istəyirəm. Səndə mənim mükafatlarım olsaydı, iki dövlətin xalq artisti olsaydın, nə edərdin? Əməkdar artistsən, lap yaxşı. Başımızda oturacaqsan? İldə bir dəfə toy edirsən. Sənin toyların hələ qarşıdadır. Toylarına gəlmirəm, ona görə yanırsan? Çünki səninlə yaxın olmaq istəmirəm. Oğlunun ikinci toyunda da, qızının toyunda da yalvarmısan, gəlməmişəm. Evimə də gəlmək, bacınla qulluğumda durmaq istəyirsən və o şəraiti səninçün yaratmamışam. Düz deyirsən, ayaqlarımı yumusan. Gözəl ayaq yumağın var. Ona sözüm yox, ayaq yumağın əladır, oxumağın bərbaddır, şeir yazmağın fəlakətdir. Yazıçılar İttifaqı sənə bir ölçü götürsün, ay bədbəxt, savadsız, yazıq. Mənim pişiyim səndən abırlıdır, paltar geyinir. Səndə abır adında bir şey yoxdur. İlhamə haqda danışdığın sözün hər kəlməsi məhkəməlikdir. Cavan oğlanları, üç övlad atasını əlinə keçirib barmağında o yana bu yana fırladırsan, borclarını ödətdirirsən. Niyə məni danışdırırsan? Utanmadan özündən iyirmi yaş cavan oğlanla münasibət qurur, utanmadan cəmiyyətdə onunla görünür, şəkillər çəkdirir. Onun övladının atası da mənə bu barədə şikayət edib. Yığışdır özünü də, nə istəyirsən camaatdan? Get, qızıl dükanlarına olan borclarını qaytar. Ay abırsız, şərəfsiz, sənin ağzın hardan cırılıb ki, İlhamənin ünvanına bu sözləri deyirsən. Mən dünya sülh səfiriyəm. Qabağımda dura biləcəksən? Rəhmətlik Zeki Mürenin oxuduğu mahnıya dəyərli millət vəkilimiz Qənirə Paşayevanın sözlərini qoşub öz adına çıxarıb. Bu mahnının musiqisi Zeki Mürenindir. Musiqi oğurluğu edirsən, rayonlara gedib icra başçılarını əldən salıb onlardan nəsə istəyirsən. Yazıqlar özlərinə yer tapmırlar, sənin adın gələndə gizlənirlər. Bazarkomların üstünə gedirsən, maşınının yük yerini havayı kartof soğanla doldurursan. Utanmırsan dilənçilik edirsən? Sənin haqqın var ki, mənim barəmdə danışasan? Mənə etdiyin hədiyyənin birinin adını çək. Sənin pulun var? Qəpiyə güllə atırsan, cibində siçan oynayır. İldə toy edirsən ki, pul yığasan, hər dəfə də restoranlara borclu qalırsan. Oğlunun birinci toyundan indiyə kimi restorana borclusan. Hər kəlmən məhkəmədir. Mən ölkəmin əsgəriyəm, millət vəkili qədər hörmətim, imkanlarım var. Nə zaman istəsəm millət vəkilliyinə namizədliyimi irəli sürərəm. Ancaq bunu zamanında etmişəm. Günorta saatlarında təbriklər alırdım və deputat seçilmişdim. Lakin mənim haqqıma girdilər və sonra cəzalarını çəkdilər, çəkirlər də. Biz başqa-başqa rayonların sakinləriyik. Harda gördün ki, qapıları gəzib özümə səs istəyirdim? Yalansa sənin iki gözün çıxıb ovcuna düşsün. Mənim qarğışım çox ağırdır.

Sənin zibillərin çoxdur və deyəcəklərimin ardı var. Çoxlu qəzetlər yığmışam. Göndərəcəm, özünə paltar tikərsən. Bir ayağında qaloş, bir ayağında ev başmağı efirə çıxan kəssən sən. Oturuşunu, duruşunu, danışığını bilməyənsən. Hər dediyim sözə sübutum var, ay şərəfsiz. Sən başına qəlyanı qoyub deyirsən ki, bu da mənim məşəlimdir, ay şərəfsiz. O məşəli əllərinə mən, dövlət nümayəndələri götürüb. Sən isə məşəli qəlyanla əvəz etmisən. Şəkillər sübutlar var. Sənə axırıncı sözüm budur və ardı olacaq.
Başından böyük qələt etmisən, çərənləmisən. Ay bədbəxt, Allah səni vurub. Boynunun ardını görəndə millət vəkili olarsan\”.

Qey edək ki, ötən gün İlhamə Quliyeva saytımıza açıqlamasında Elza Seyidcahanın deputat olmaq iddiasına belə münasibət bildirmişdi:

\”Çox ayıb olsun ona. Heç nə demirəm. Getsin, onun heyvanları, qoşunları var, onlara konsert versin. Başına məşəl yerinə qəlyan qoyub. Meymun oynadan kəslər millət vəkili olmaq istəyirlərsə, vay o Milli Məclisin, deputatların halına. Elzanın bu fikrini pisləyirəm. Getsin mahnılarını yazsın, heç oxumasın. Oxumağı da ayıbdır. Savadlı musiqiçidir, bəstəkardır, buna sözüm yoxdur\”.

Bundan sonra isə Elza Seyidcahan axsam.az-a açıqlamasında sənətkar barədə xoşagəlməz fikirlər səsləndirmişdi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button