Gündəm

Bakı-Sumqayıt qatarlarında gediş haqqı müəyyən edildi

Bakı-Sumqayıt qatarlarında gediş haqqı müəyyən edildiMəlumat verildiyi kimi, nəqliyyat sıxlığının aradan qaldırılması və tıxacların qarşısının alınması, əhalinin ictimai nəqliyyatdan istifadəsinin sadələşdirilməsi və rahatlığının təmin edilməsi məqsədilə Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulmuş və yeni qatarlar alınmışdır.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bu gün – sentyabrın 14-də keçirilmiş iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılmış və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilmişdir.

Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilmişdir (Cədvəl əlavə olunur). Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.

Tarif (qiymət) Şurasının qərarı ilə Şuranın rəsmi internet səhifəsində (www.tariff.gov.az) tanış olmaq olar.

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri:

1. Bakı-Sumqayıt-Bakı qatarı

1.1. Bakı – Sumqayıt 0,80

1.2. Bakı – Biləcəri 0,20

1.3. Bakı – Xırdalan 0,30

1.4. Bakı – Keşlə 0,20

1.5. Bakı – Koroğlu 0,20

1.6. Bakı – Bakıxanov 0,30

1.7. Bakı – Sabunçu 0,30

1.8. Bakı – Zabrat 0,40

1.9. Bakı – Pirşağı 0,50

1.10. Biləcəri – Xırdalan 0,20

1.11. Biləcəri – Sumqayıt 0,60

1.12. Xırdalan – Sumqayıt 0,40

1.13. Keşlə – Koroğlu 0,20

1.14. Keşlə – Bakıxanov 0,30

1.15. Keşlə – Sabunçu 0,30

1.16. Keşlə – Zabrat 0,40

1.17. Keşlə – Pirşağı 0,50

1.18. Keşlə – Sumqayıt 0,70

1.19. Koroğlu – Bakıxanov 0,20

1.20. Koroğlu – Sabunçu 0,30

1.21. Koroğlu – Zabrat 0,30

1.22. Koroğlu – Pirşağı 0,50

1.23. Koroğlu – Sumqayıt 0,60

1.24. Bakıxanov – Sabunçu 0,20

1.25. Bakıxanov – Zabrat 0,20

1.26. Bakıxanov – Pirşağı 0,40

1.27. Bakıxanov – Sumqayıt 0,60

1.28. Sabunçu – Zabrat 0,20

1.29. Sabunçu – Pirşağı 0,40

1.30. Sabunçu – Sumqayıt 0,50

1.31. Zabrat – Pirşağı 0,30

1.32. Zabrat – Sumqayıt 0,50

1.33. Pirşağı – Sumqayıt 0,40

Təsdiq edilmiş tariflər əks istiqamətlər üzrə də eynilik təşkil edir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button