Gündəm

Məktəbli gündəliyində biabırçı səhv – FOTO

Məktəbli gündəliyində biabırçı səhv – FOTOTarixlər düzgün göstərilməyib.

Azərbaycanda orta məktəblərdə istifadə edilən məktəbli gündəliyində səhv aşkarlanıb.

Savash.org Bizimyol.info-ya istinadən xəbər verir ki, gündəlikdə yer alan “Bayram günləri” bölməsində Dövlət Müstəqilliyi Günü 9 noyabr olaraq göstərilib.

Halbuki, 9 noyabr tarixi “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd olunur.

“Dövlət Bayrağı Günü” isə 18 oktyabr olaraq göstərilib.

Qeyd edək ki, Azərbaycanın Dövlət Müstəqilliyi günü, Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Oxuculardan birinin göndərdiyi fotonu təqdim edirik:

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button