Gündəm

Baş redaktor komitə sədrinin qardaşına qarşı – SEÇKİ YARIŞI

Baş redaktor komitə sədrinin qardaşına qarşı - SEÇKİ YARIŞIParlament seçkilərinə start verildikdən sonra prosesdə iştirak etmək üçün namizədliyini irəli sürən media təmsilçilərinin sayı artmaqdadır. JAM.AZ xəbər verir ki, dünən daha bir baş redaktor seçkilərdən gücünü sınamaq məqsədi ilə namizədliyini irəli sürüb.

Azernenews.tv xəbər portalının baş redaktoru olmuş Fikrət Fərhadoğlu 67 saylı Cəlilabad kənd Seçki Dairəsindən namizədliyini irəli sürüb. Bu barədə JAM.AZ-a məlumat verən namizədin vəkili bildirib ki, artıq zəruri olan bütün sənədlər toplanaraq, DSK-ya təqdim edilib.

Əslən, Cəlilabad rayonundan olan Fərhadoğlu tanınmış jurnalist olmaqla yanaşı, həm də doğulduğu ərazilərdə böyük nüfuz sahibidir. Ziyalı ailəsində doğulmuş baş redaktor seçkilərdə qalib gələcəyinə əmindir. Onun əsas alternativi isə YAP-ın namizədi olan Malik Həsənovdur.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button