Gündəm

ADP seçkidən imtina etdi – Qərar dəyişdi

ADP seçkidən imtina etdi - Qərar dəyişdiBu gün Azərbaycan Demokrat Partiyasının Ali Məclisinin rəyasət heyətinin iclası keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda ölkədə ictimai siyasi vəziyyət, 01 noyabr 2015-ci il Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar hazırlıq məsələsi və digər məsələlər müzakirə edilib. Geniş müzakirələrdən sonra müvafiq qərar qəbul edilib. Qərarda deyilir ki, son vaxtlar Azərbaycanla ABŞ və Qərbi Avropanın demokratik institutları arasında münasibətlərin gərginləşdirilməsini, ATƏT-in 2015-ci il parlament seçkilərində müşahidə missiyasından imtina qərarı verməsini, habelə ölkədə seçki öncəsi real siyasi vəziyyəti nəzərə alaraq Azərbaycan Demokrat Partiyasının Ali Məclisinin Rəyasət Heyəti 1 noyabr 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə iştirakın hazırkı mərhələdən davam etdirilməsinin məqsədəmüvafiq olmamasını qeyd edir və seçkilərdən geri çəkilir.”

Qərarın 2-ci bəndində qeyd olunur: “Bu qərar Azərbaycan Respublikasının Konstitusiyasının 70-ci maddəsinin 1-ci bəndinə əsasən partiya üzv və tərəfdarlarının seçmə və seçilmə hüququnun məhdudlaşdırılması kimi yozula bilməz.”

ADP Ali Məclisinin Rəyasət Heyətinin qərarına əsasən ADP sədri Sərdar Cəlaloğlu 9 saylı Binəqədi 2-ci, partiya sədrinin birinci müavini Həsrət Rüstəmov 18 saylı Nərimanov-Nizami, partiya sədrinin müavini Taliyyət Əliyev 21 saylı Nəsimi 1-ci, partiya Ali Məclisinin sədri İsa Cəfərov 45 saylı Abşeron, Vasif Abdullayev 35 saylı Xətai 3-cü seçki dairələrində seçkilərdə namizədliklə bağlı fəaliyyətlərini bu gündən dayandırdıqlarını bəyan ediblər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button