Gündəm

Xanımı güzəştə getmədi və Sabir Rüstəmxanlı növbəti deputatlıqdan vaz keçdi

Xanımı güzəştə getmədi və Sabir Rüstəmxanlı növbəti deputatlıqdan vaz keçdiVətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bu dəfə Milli Məclis üzvlüyünə namizədliyini irəli sürməyəcək. Bu barədə APA-ya S.Rüstəmxanlı özü məlumat verib.

Onun sözlərinə görə, həyat yoldaşı, \”Azəri-Türk\” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputat seçilməsinə yardımçı olacaq: \”Namizədliyimi irəli sürməmək barədə qərarım qətidir. Tənzilə xanım namizədliyini verib, qeydiyyatdan keçsə, ona kömək edəcəyəm\”.

Qeyd edək ki, T.Rüstəmxanlı namizədliyini 42 saylı Sumqayıt İkinci Seçki Dairəsindən irəli sürməyi düşünür: \”Hələ ki, sənədlərimi təqdim etməmişəm. Ancaq düşünürəm ki, belə olacaq. İnşallah, yaxın günlərdə açıqlayacam\”, – deyə Rüstəmxanlı \”lent.az\”a bildirib. Xatırladaq ki, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin hazırkı deputatı Musa Qasımlıdır. M.Qasımlı builki seçkilərdə dairəsini dəyişərək Sabir Rüstəmxanlının deputat olduğu 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini irəli sürüb.

Xatırladaq ki, Sabir Rüstəmxanlı bir neçə gün əvvəl APA-ya açıqlamasında bildirmişdi ki, həyat yoldaşı Tənzilə Rüstəmxanlı ilə razılaşdırdıqdan sonra namizədliyini irəli sürəcək: \”Mən deputatlığa namizədliyimi irəli sürməyi düşünürəm. Azərbaycanda belə bir ənənə yaranıb ki, guya ər-arvad, yəni bir evdən iki nəfər Milli Məclisə seçilə bilməz. Buna görə də, yəqin ki, Tənzilə Rüstəmxanlı həmişə olduğu kimi sonuncu qərarında da mənə güzəştə gedəcək. Keçən dəfə də buna bənzər bir şey olmuşdu, sonda Tənzilə xanım mənə güzəştə getdi. Düşünürəm ki, bu dəfə də eyni vəziyyətdir\”.

T.Rüstəmxanlı isə daha sonra mətbuatda tam tərs məzmunlu açıqlama ilə çıxış edib bildirmişdi ki, namizədliyini irəli sürməyi düşünür.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button