Gündəm

Bakıda 14 yaşlı məktəbli qız özünü binadan atıb öldürdü

Bakıda 14 yaşlı məktəbli qız özünü binadan atıb öldürdüAzərbaycan paytaxtında məktəbli qız intihar edib.

Bakının Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 20-də rayon sakini, 2001-ci il təvəllüdlü Nəzrin Rəhman qızı Məmmədova yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. O, ailə üzləri tərəfindən təcilli olaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yeniyetmə qızın həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətdən xəstəxanada ölüb.

İntihar edən qızın orta məktəbdə oxuduğu bildirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button