Gündəm

Bakcell-dən minlərlə abunəçiyə qarşı ÖZBAŞINALIQ

Bakcell-dən minlərlə abunəçiyə qarşı ÖZBAŞINALIQ“Müştəri xidmətlərindən belə bir məntiqsiz cavab aldım ki, mənim reklam SMS-lərindən imtina etmək hüququm yoxdur”

Bakcell-in reklam smsləri ilə bağlı müştəri xidmətlərinə müraciət edən jurnalist Mahir Məmmədli belə bir cavab alıb. Aktual.az xəbər verir ki, bu barədə həmkarımız facebook sosial şəbəkəsində yazıb:

“Hörmətli Bakcell. Sizin şirkət mənim telefon nömrəmi özəl şirkətlərə verir və bu şirkətlərdən mənə lazımsız reklamlar gəlir. Müştəri xidmətlərinə artıq müraciət etsəm də, faydası olmadı. Daha doğrusu, müştəri xidmətlərindən belə bir məntiqsiz cavab aldım ki, mənim reklam SMS-lərindən imtina etmək hüququm yoxdur.

Nəzərinizə çatdırıram ki, telefon nömrəsi mənim şəxsi məlumatlarıma aiddir və gizliliyi qorunmalıdır. Bu gizliliyi qorumağa borclu olan şirkət isə mənim telefon nömrəmi özəl şirkətlərə satır. Hesab edirəm ki, şirkətinizin bu davranışı istehlakçı kimi hüquqlarımın pozulmasıdır. Ona görə də xahiş edirəm ki, Bakcell rəhbərliyi özəl şirkətlərə özlərinin, ailə üzvlərinin nömrələrini versin, süd, pampers və s. məhsulların reklamları da onların telefonlarına gəlsin.

Sayğılarla, Məmmədov Mahir Rafət oğlu”.

Məlumat üçün bildirək ki, belə hallarla üzləşən minlərlə Bakcell abunəçisi var.aktual.az

Qarşı tərəfdin də mövqeyini yaymlamağa hazırıq…

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button