Gündəm

Yəhudi icması rəhbərinin evinə basqının şok təfərrüatları

Yəhudi icması rəhbərinin evinə basqının şok təfərrüatlarıSəs-küylü qarət işinə yüksək vəzifəli şəxslərin yaxını rəhbərlik edib

Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin Qubadakı evinə basqınla bağlı şok məlumatlar əldə etmişik.

Qeyd edək ki, dekabrın 6-da saat 06:00 radələrində üzlərinə maska taxmış 3 naməlum şəxs Quba rayonunun Qırmızı qəsəbə sakini, Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin evinə daxil olaraq onu və bacısı Lizanı soyuq silahla hədələyib müxtəlif dərəcəli bədən xəsarətlər yetirib. Mənzildən külli-miqdarda pul və qızıl-zinət əşyaları götürərək hadisə yerini tərk ediblər.

Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hadisəni törədənlər 34 yaşlı Qırmızı qəsəbə sakini Eldar Avadyayev, 39 yaşlı Bakı sakini Xalid Seyidov, 29 yaşlı Şirvan sakini Coşğun Əliyev və Türkanə Rəhimova polis əməkdaşları tərəfindən tutulublar.

Evdən aparılmış pul və qızıl-zinət əşyaları maddi sübut kimi götürülərək istintaq təhvil verilib.

“Yeni Müsavat”a daxil olan məlumatda bildirilir ki, dəstə bu əməliyyatı xeyli əvvəlcədən planlaşdırıb. Məsələnin ən sensasion tərəfi isə odur ki, dəstəyə başçılıq edən şəxs Azərbaycanda çox yüksək və mühüm vəzifə tutan bir şəxsin yaxın qohumudur. Həmin şəxsin qardaşı da Bakının rayonlarından birində yüksək vəzifə tutur. Məlumatda bildirilir ki, dəstə başçısı olan şəxs futbol qumarı aludəçisidir və son illərdə bu qumarda külli-miqdarda pul uduzub. Həmin şəxsin müxtəlif adamlara ümumilikdə bir neçə yüz min manat borcunun olduğu bildirilir. Eyni zamanda qeyd edilir ki, həmin şəxs müxtəlif vaxtlarda vəzifəli qohumlarının adından istifadə edərək, bir çox şəxslərdən külli-miqdarda pul alıb. Onun bu işlərindən yaxınları da xəbərdar olub və bir neçə il əvvəl tutduğu dövlət işindən çıxarılmaqla onu cəzalandırıblar.

Məlumatda bildirilir ki, basqınla bağlı hətta ölkə rəhbərliyinə belə məruzə olunub və rəhbərlik ən qısa zamanda basqınçıların tapılaraq cəzalandırılmasını tələb edib. Buna görə də ən qısa zamanda vəzifəli şəxslərin qohumu olmasına baxmayaraq, dəstə və onun başçısı həbs olunub. Bu hadisənin həmin şəxsin yüksək vəzifəli yaxınlarının karyerasına ciddi zərbə vurduğu da iddia olunur.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button