Gündəm

Xədicə İsmayılı tutduran şəxsin adı İsa Şahmarlının intiharında…

Xədicə İsmayılı tutduran şəxsin adı İsa Şahmarlının intiharında...Tural Mustafayevin adı 10 ay öncə intihar edən İsa Şahmarlının işində hallandırılırmı?

Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsi ətrafında gəlişmələr davam edir. Onun həbsinə səbəb olan jurnalist Tural Mustafayev barədə isə yeni-yeni faktlar ortaya çıxmaqdadır. \”Yeni Müsavat”a T.Mustafayevlə bağlı daxil olan bir məlumatın izi ilə hərəkət edərək araşdırma aparıb. Həmin yazını diqqətinizə çatdırıqıq.

Tural Mustafayev – İsa Şahmarlı əlaqəsi …

Məlumatda bildirilir ki, T.Mustafayevin bu ilin 22 yanvar tarixində baş vermiş bir intihar hadisəsində adı hallanır. Söhbət Azad LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual) təşkilatının sədri İsa Şahmarlının özünü asaraq intihar etməsindən gedir. Xatırladaq ki, sözügedən tarixdə intihara cəhd edən İsa Şahmarlı xəstəxanaya çatdırılmadan yolda dünyasını dəyişib.
Gənc intihar etmədən öncə facebook hesabında dostları ilə belə vidalaşmışdı: \”Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil… Mən xoşbəxt olmağa gedirəm…Anama da deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər rəngli deyil. Əlvida”.
Xatırladaq ki, İsa Şahmarlı homoseksual olub. Dostlarının həmin vaxt AzadlıqRadiosuna verdiyi məlumata görə, o, özünü təşkilatın bayrağı ilə asıb. Təcili yardım çağırılsa da həkimlər onun öldüyünü bildirib.
\”Yeni Müsavat” isə xatırladır ki, araşdırmaçı jurnalist Aynur İmranovanın qəzetimizə verdiyi son müsahibəsində İ.Şahmarlının T.Mustafayev və ictimai fəal Kaktus Cavadzadə ilə bir müddət eyni evdə kirayə qalmasını söyləyib. Redaksiyamıza daxil olan məlumata görə, bu intihar hadisəsinin polis araşdırılması zamanı T. Mustafayevin də şahid qismində (ev dostu) istintaqa cəlb edilməsi və ardınca ictimai sektorda bununla bağlı bəzi şayiələrin yayılması heç kimə sirr deyil. Həmin şayiələrdən biri T. Mustafayevin İ. Şahmarlı ilə qeyri-ənənəvi (biseksual) münasibətdə olması, sonuncunun ayrılıqdan sonra özünü asması ilə bağlıdır.

Yayılan xəbərlərdə həmçinin bildirilir ki, bu, gəncin ölümündən sonra, araşdırma çərçivəsində İ. Şahmarlının gündəliklərində aparılan polis baxışı zamanı təsbit edilib. Aşağıdakı şeir parçasının da bu münasibətin tərəflərindən birinin digərinə yazdığı iddia edilir:

\”O, mənim heç kəsim ola bilmədi…
Gedirəm… Həsrəti, dərdi bitirib,
Bu da son qərarım, bu da son vida.
Bəlkə bir də heç üz-üzə gəlmərik,
O dünyada görüşərik, əlvida.
Gedirəm qəlbimdə öz dərdi-sərim,
Gözümdə surətin, beynimdə səsin.
Mən sənin nəyindim bilə bilmədim,
Sən isə olmadın mənim heç kəsim…
Sənli günlərimə möhür vururam,
Asıram qəlbimdən qara daş kimi.
Biz sənlə sevgili ola bilmədik,
Gəl onda ayrılaq gözdən yaş kimi.
Gedirəm… Yoluma baxma, gözləmə,
Qorxuram baxışın saxlayar məni.
Mən qucaq açmışam kədərə, qəmə,
Tək sənin həsrətin dağlayar məni.
Canımdan ayrılan odu, atəşi,
Elə bu şəhərdə qoyub gedirəm.
Ay sevə bilməz ki, qaynar günəşi,
Oda qalanmaqdan doyub gedirəm.
Gedirəm ömründən, gəl halallaşaq.
Niyə atdın məni bu qədər oda?
Çətin bir də bu dünyada rastlaşaq,
O dünyada görüşərik…
Əlvida…”

İsa Şahmarlı intihar etdi, iki gün sonra Tural Mustafayev LGBT-ni müdafiə edən status yazdı

1397620423_turalVə daha bir detal. İ. Şahmarlının ölümündən iki gün sonra – 24 yanvarda T. Mustafayevin öz facebook profilində paylaşdığı bu status beyinlərdəki sual işarələrini daha da artırır: \”O gün olsun LGBT bayrağını Qarabağda dalğalandıraq. Cıdır düzündə də gey parad keçirək”. (Bu statusun \”screen şotu” da yazıya əlavə edilir). Bu statusun yazılmasında T.Mustafayevin sözügedən təşkilatın üzvü olması faktının da rol oynadığı səslənən iddialar sırasındadır.

Redaksiyamıza məlumat verən mənbə iddia edir ki, T.Mustafayevin istintaq orqanları ilə əməkdaşlığı bu mərhələdən sonra başlamış ola bilər. Belə ki, bu məsələdə T.Mustafayevi cəzalandırmayan – intihar həddinə çatdırmaya görə – sistem ondan daha fərqli bir məqsədlə, Xədicə İsmayıl işində istifadə etmiş ola bilər.

Yazdığımız kimi, bunlar ehtimal xarakteri daşıyır. Amma istintaq mətbuata bu barədə hər hansı məlumat vermədiyi üçün bütün versiyaları incələyib, dəyərləndirmək hüququmuz yaranır.

T.Mustafayev isə \”Yeni Müsavat”a açıqlamasında bu barədəki bütün sualları cavablandırdı. Bildirdi ki, bir müddət mərhum İsa Şahmarlı, Cavid Abdullayev və Neyan Babayeva ilə bir evdə qalıblar: \”Burda dostluq-yoldaşlıq münasibətləri olub. İndi bunu başqa cür tirajlayırlar, bilmirəm nəyə görə belə oldu. O intihar edəndə biz artıq başqa-başqa evlərdə idik. Mən bilmirəm, həmin vaxt İsa Şahmarlı kiminlə, hansı evdə qalırdı. Mən özüm həmin vaxt Sovetski ərazisində birotaqlı evdə kirayədə qalırdım.

Bu hadisə olub yanvar ayında. İstintaqın müddətindən də 9-10 ay keçib. Bu günə qədər orda nəsə qaranlıq, şübhəli məqamlar olsaydı, məni də istintaqa dəvət edərdilər. İndi də nəsə tapılsa, məni çağırsalar, problem yoxdu. Mən istintaqdan boyun qaçıran adam deyiləm. Gedəcəm, izahatımı verəcəm”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button