Nərimanov RİH-də Heydər Əliyevin anım mərasimi keçirilib
Nərimanov rayonunda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib
Dekabrın 11-də Nərimanov Rayon İcra Hakimiyyətinin və Azərbaycan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə icra başçısının müavini İradə Mahmudova, rektor Aqiyə Naxçıvanlı, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, institutun müəllim və tələbə heyəti, rayon ərazisində yerləşən orta ümümtəhsil məktəblərin şagirdləri iştirak edib.
Tədbir iştirakçıları ilk öncə Azərbaycan Müəllimlər İnstitutunun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Tədbiri giriş sözü ilə açan Aqiyə Naxçıvanlı Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən danışıb.
Sonra İradə Mahmudova çıxış edib. Sonda orta mumtəhsil məktəblərinin şagirdləri tərəfindən Heydər Əliyev haqqında hazırlanmış şeirlər dinlənilib.