Gündəm

Leyla Yunusun kamerasına narkoman yerləşdirilib

Leyla Yunusun kamerasına narkoman yerləşdirilib Amerika Konqresi hüquq müdafiəçisini nüfuzlu mükafata namizəd irəli sürüb; müsavatçı fəalla isə Qırmızı Xaçın nümayəndələri görüşüblər

Vəkil Elçin Qəmbərov dekabrın 10-da həbsdə olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla görüşüb. Elçin Qəmbərov musavat.com-a açıqlamasında hüquq müdafiəçisinin kamerasına narkoman yerləşdirildiyini bildirib: “Dünən Leyla xanımla görüşdüm. Onun kamerasına narkoman qız yerləşdiriblər.

Vəkil Elçin Qəmbərov dekabrın 10-da həbsdə olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla görüşüb. Elçin Qəmbərov musavat.com-a açıqlamasında hüquq müdafiəçisinin kamerasına narkoman yerləşdirildiyini bildirib: “Dünən Leyla xanımla görüşdüm. Onun kamerasına narkoman qız yerləşdiriblər. Nə gecəsi var, nə də gündüzü. Qız narkotik qəbul edə bilmədiyinə görə tez-tez halı dəyişir. Bu zaman qapıları çırpır. Bu vəziyyət Leyla xanıma əlavə çətinliklər yaradır. Bir növ psixoloji təzyiqdir. Ən ağır işgəncələrdən biri yuxusuzluqdur. Yaşlı qadını yuxusuz vəziyyətə salırlar”.

Vəkil Almaniya səfirliyinin Leyla Yunusa verdiyi dərmanların son günlərdə ona çatdırılmadığını da qeyd etdi: “İndiyə qədər Almaniya səfirliyinin Leyla xanıma verdiyi dərmanlar ona çatdırılırdı. Səfirlik şəkərlə bağlı Leyla Yunusa qayğı göstərirdi. Amma son günlər bundan da məhrum edilib. Səbəb aydın deyil. Leyla xanım həkimdən dərmanları tələb edəndə açıq şəkildə deyirlər ki, siz bizimlə əməkdaşlıqdan imtina edirsiz. Həkimlə hansı əməkdaşlıq ola bilər? Bunu anlamaq çətindir. Xəstə adamın dərmanları verilməlidir. Çox acınacaqlı durumdur. Bununla belə, dünən şad xəbər eşitdik. ABŞ səfirliyindən bizə dedilər ki, Leyla Yunus cəsarətə görə Amerika Konqresi tərəfindən mükafata namizəddir. Bu çox ciddi bir hadisədir”.

Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu isə atasının səhhətinin yaxşılaşdığını qeyd etdi: “Atamla telefonla danışdıq. Ölkədə gedən proseslərlə bağlı maraqlandı. Xədicə İsmayılın həbsindən narahat olduğunu söylədi. Özünü gümrah hiss edir”.

Ürək ağrılarından əziyyət çəkən müsavatçı fəal Sirac Kərimli ilə təcridxanada Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri görüşüblər. Bu barədə müsavatçı fəalın atası Raqif Kərimli məlumat verdi: “Sirac telefon danışığı zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin onunla görüşdüklərini bildirdi. Xəstəxanaya yerləşdirilməsi ilə bağlı rəhbərliyə müraciət edəcəklərini Siraca deyiblər. Fərəclə bağlı isə hər şey qaydasındadır”.
“Ayna-Zerkalo” qəzetinin həbsdəki əməkdaşı Rauf Mirqədirovla bağlı apelyasiya şikayəti verilib. Vəkil Elmar Süleymanov dedi ki, yaxın günlərdə şikayətə baxılacaq.
Hüquq müdafiəçisi Rəsul Cəfərovun ev dustaqlığına buraxılması ilə bağlı verdiyi vəsatət rədd edilib. Onun nümayəndəsi Günay İsmayılova qərardan apelyasiya şikayəti veriləcəyini bildirdi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button