Gündəm

Gömrük Komitəsinin sədr müavini özünü biabır etdi

Gömrük Komitəsinin sədr müavini özünü biabır etdiƏsgər Abdullayev: \”Gürcüstanda \”Duty free\”dən alınan mallar qaçaqmalçılıq yolu ilə Azərbaycana daşınır\”

Bu ilin noyabr ayında Azərbaycanda gömrük nəzarəti sahəsində qəbul edilən yeni qaydalar fiziki şəxslər tərəfindən müəyyən məbləğdə kommersiya məqsədi daşımayan malların sərhəddən keçirilməsi prosesini tənzimləyir.

\”Report\” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Əsgər Abdullayev bildirib: \”Gömrük Məcəlləsinə edilən yeni dəyişikliklərə uyğun olaraq yeni qaydalar tətbiq edilib. Bu, bütün qurumlarda razılaşdırılmış və Avropa ölkələrində tətbiq edilən qaydalardır. Bu qaydalar prosedurların daha da sadələşməsinə təkan verəcək\”.

Ə.Abdullayev bəzi nəqliyyat vasitələrinin idxalına gömrük keçid məntəqələrində qadağa qoyulması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: \”Hansısa nəqliyyat vasitəsinə aid ayrıca heç bir təlimat verilmir. Sadəcə, bəzi nəqliyyat vasitələri var ki, onlar riskə düşən nəqliyyat vasitələridir. Həmin maşınlarla qaçaqmal daşınır. Əlimizdə faktlar var ki, orada siqaret, telefon, spirtli içkilər daşınır. Gürcüstanda \”Duty free\”dən alınan mallar qaçaqmalıçılq yolu ilə Azərbaycana daşınır\”.

Azərbaycana gətirilməsi qadağan olunan pirotexniki vasitələrin ölkə daxilində açıq satışda olması ilə bağlı məsələyə aydınlıq gətirən DGK rəsmisi bu malların satışdan müsadirə ediləcəyini deyib: \”Həmin nəqliyyat vasitələri ilə pirotexniki mallar da qaçaq yolla gətirilir və bunun qarşısını almaq üçün çalışırıq\”.

P.S. Bu açıqlama sözün həqiqi mənasında Azərbaycan gömrüyündə vəziyyətin hansı biabırçı həddə olması, habelə Dövlət Gömrük Komitəsində vəzifə tutanların hansı həddə bisavad olmasını göstərir. Dünyanın heç bir ölkəsində \”Duty free\”dən alınan mallar qaçaqmal kimi qəbul edilə bilməz. Əksinə, bu tam qanuni şəkildə ölkəyə keçirilən mal sayılır. Əsgər Abdullayev isə həqiqətən nə qədər \”savad\” sahibi olduğunu bu açıqlaması ilə ortaya qoyub…

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button