Gündəm

Müsavat Partiyasının mitinqi başlayıb- Foto

Müsavat Partiyasının mitinqi başlayıb- FotoMüsavat Partiyasının Bakıda, Məhsul stadionunda mitinqi başlayıb. Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə “Siyasi məhbuslara azadlıq!” şüarı altında keçirilən mitinqi Müsavatın başqan müavini Səxavət Soltanlı giriş sözü ilə açıb. O, bildirib ki, mitinqin məqsədi həbs edilmiş siyasi məhbusların azadlığıdır. Meydandakılar onun çıxışına “Azadlıq!” şüarları ilə dəstək verib.

Daha sonra mitinqdə Azərbaycanın dövlət himni səsləndirilib və sonra çıxış üçün söz Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərə verilib.

İsa Qəmbər İnsan Haqları Gününün tarixindən danışaraq bildirib ki, ölkədə həbs edilən siyasi məhbusların azadlığa çıxması üçün davamlı mübarizə aparılmalıdır: “Həbsdə olanların sayı-hesabı yoxdur. O adamları həbs edirlər ki, onlar haqqı-ədaləti deyirlər. Onların hamısına qarşı hakimiyyət total bir mübarizə aparır”.

Azərbaycanda dəyişikliyin labüd olduğunu bildirən İ.Qəmbər deyib ki, amma bu, öz-özünə olmayacaq: “Bunun üçün fədakarlıq lazımdır, mübarizə aparmaq lazımdır”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button