Arif Hacılı ABŞ səfirinin əvəzedicisi ilə görüşdü
Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın mərkəzi qərargahında ABŞ-ın Azərbaycandakı səfirini əvəz edən Derek J.Hoqan ilə görüşüb.
Musavat.com bildirir ki, saat yarım davam edən görüşdə ilk olaraq cənab Derek J.Hoqan Müsavat Partiyasının VIII qurultayını yaxından izlədiyini deyib, Arif Hacılını demokratik mübarizədə Müsavat başqanı seçilməsi münasibətilə təbrik edib.
Daha sonra Azərbaycandakı ictimai-siyasi vəziyyət, Azərbaycanla ABŞ arasındakı əlaqələr, siyasi məhbuslar problemi, ölkə daxilində demokratik institutların müdafiəsi və inkişafının zəruriliyi məsələləri müzakirə olunub.
Dağlıq Qarabağ probleminin çağdaş durumu və həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı iştirak edib.