Gündəm

Fətullah Güləndən sensasion açıqlama – \”Abdullah Gül zəng edib…\”

Fətullah Güləndən sensasion açıqlama - "Abdullah Gül zəng edib..."ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən dünən Türkiyədə müxtəlif bölgələrində Gülən hərəkatına qarşı başladılan əməliyyatlara münasibət bildirib.

Avropa.info xəbər verir ki, Fətullah Güllən “Əziyyət və iztirab haqq yolun qismətidir” başlığı altında verdiyi açıqlamaları ilə tərəfdarlarına təskinlik verməyə çalışıb.

Fətullah Gülən məsələyə belə aydınlıq gətirərək “Dünən baş verən hadisələrdən sonra Allaha şükür edirəm. Deməli, bizim dostlarımız tövhidə doğru gedirdilər, onların hədəfi Allah rizasını qazanmaq imiş. Çünki Uca Allah hər zaman onun yolunda irəliləyən şəxsləri beləcə imtahan edir” deyib və onları dəstəkləyib.

O həmçinin bəzi prezidentlərdən də danışıb. Gülən Turgut Özal, Süleyman Dəmirəl və Abdullah Gülün hakimiyyətləri dövründə onlar üçün əllərindən gələni etdikləri üçün çox minnətdar olduğunu bildirib.

O açıqlamasında bildirib ki, bundan öncəki prezident Abdullah Gül bir neçə dəfə müxtəlif yerlərə zəng edib onları tapşırıb , səfərləri zamanıda gülən camaatını tanıdıb. Buna görə da ona öz dərin təşəkkürlərini bildirib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button