Gündəm

\”Zaman-Azərbaycan”nın baş redaktoru ölkədən getdi

"Zaman-Azərbaycan”nın baş redaktoru ölkədən getdi
Dünəndən etibarən polis Türkiyənin “Zaman” qəzeti və “Samanyolu” televiziyası (STV) ilə bağlı əməliyyatları davam etdirir

“Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı da qəzetinin redaksiyasında saxlanılıb.

a24.az xəbər verir ki, indi hər kəsi həm də Fətullah Gülənin media orqanlarının digər ölkələrdə olan nümayəndəliklərinin taleyi düşündürür. Türkiyənin “Zaman” qəzetinin bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da nümayəndəliyi var. Sayt məsələ ilə bağlı «Zaman» qəzetinin redaksiyası ilə əlaqə saxlayıb. Adını açıqlamayan şəxs bildirib ki, Türkiyədə baş verənləri onlar da mediadan izləyirlər: \” Bunun bizə heç bir aidiyyətı yoxdur\”.

“Zaman Azərbaycan” qəzetinin köşə yazarı Əli Çərkəzoğlu isə bildirib ki, bu barədə heç bir söz danışa bilməz: “Mən də sizin kimi mətbuatdan izləyirəm Türkiyədə baş verən prosesləri”.

Saytın əldə etdiyi məlumata görə, “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Süleyman Ünal artıq Türkiyədədir. Onun Türkiyəyə nə məqsədlə getdiyi dəqiq bilinmir. Yeri gəlmişkən, sayt bildirib ki, Süleyman Ünalın da mövqeyini dərc etməyə hazırdır.

“Zaman Azərbaycan” qəzetinin baş redaktoru Süleyman Ünal 2010-cu ilin yanvar ayından Azərbaycandadır. 11 il Avstraliyada dərc olunan “Zaman Avstraliya” qəzetinə rəhbərlik etdikdən sonra Azərbaycana gəlib.

Xatırladaq ki, “Zaman Azərbaycan” qəzetinin Süleyman Ünaldan əvvəlki baş redaktörü Enis Cansevər olub. Hazırda Sidneydə “Zaman Avstraliya” qəzetinə baş redaktorluq edir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button