Gündəm

Qaradağda FHN-lə bağlı tədbir keçirildi

Qaradağda FHN-lə bağlı tədbir keçirildiFövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib

Savash.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov ilk öncə 16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibəti ilə nazirliyin strukturunda çalışan işçiləri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından təbrik edib. Qeyd edib ki, prezident İlham Əliyevin diqqəti sayəsində nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının artırılması, məlumat mübadiləsinin aparılması və digər sahələrdə nailiyyətlərin əldə olunub.

Fəaliyyət göstərdiyi 9 il ərzində Nazirlik fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görülüb.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından Fövqəladə Hallar Nazirliyinin rayon ərazisində yerləşən müvafiq qurumlarının əməkdaşlarına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button