Gündəm

Həbsdəki NİDA-çı gənc: \”Erməni əsirliyində olanlara həsəd aparıram…\”

Həbsdəki NİDA-çı gənc: "Erməni əsirliyində olanlara həsəd aparıram..."“Elə bir vəziyyətə salınmışam ki, erməni əsirliyində olan soydaşlarımız Dilqəm və Şahbaza həsəd aparıram”

NİDA-çı fəalların apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşdı. Hakim Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may tarixli hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar çıxarıb.
Amma qərardan əvvəl NİDA-çı fəallardan İlkin Rüstəmzadə çıxış edərək bildirib ki, xeyli vaxtdır təcridxanada ona qarşı, hətta erməni əsirliyində olan soydaşlarımızdan da qəddar davranırlar: \”Mən hazırda Apellyasiya Məhkəməsinin icraatında olan məhkum olduğuma görə özümlə bağlı müəyyən məsələləri də məhkəmənin nəzərinə çatdırmaq istəyirəm. İctimaiyyətə də məlum oldu ki, məni İşçi Qrupla bağlı yazıma görə 1 həftəlik karserə saldılar. Noyabrın 25-dən ailə üzvlərimlə görüşlərimə və telefon danışığına qadağa qoyulub. Elə bir vəziyyətə salınmışam ki, erməni əsirliyində olan soydaşlarımız Dilqəm və Şahbaza həsəd aparıram. Ermənistandan onlara heç olmasa, ailə üzvlərilə ünsiyyət imkanı yaradılır. Mən Bakının mərkəzindən cəmi 10 kilometr kənarda olan Kürdəxanı təcridxanasından ailəmdən xəbər tuta bilmirəm. Azərbaycan vətəndaşına qarşı bu cür davranış heç bir çərçivəyə sığmır. Mənə Sabunçu Rayon Polis İdarəsindən bildiriş daxil olub ki, təhqiqat aparılır. Həbsdə olduğum 19 ayda elə hadisələr baş verib ki… Gözləyirəm ki, bu işlərin axırı necə olacaq. Mənə qarşı Azərbaycanın müstəqilliyi tarixində ən absurd ittiham irəli sürülüb. İkinci absurd ittihamı da sürməyə hazırlaşırlar. Cinayət işi başlanmayıb, amma ola bilər ki, başlasınlar. Kürdəxanıda mənə qarşı davranıldığı kimi heç əsirlikdə olanlara davranmırlar. Deyirlər ki, dünya Qarabağla bağlı haqsızlığa hələ də susur. Susacaq da… Siz burada öz vətəndaşlarınıza divan tutursuz. Təcridxana rəhbərliyinə də dedim ki, əgər düşmənçilik aparırsınızsa, bunu açıq deyin. Mən ailə üzvlərimin səhhətindən narahatam\”.
Məhkəmə iclasında həmçinin məhkəmə nəzarətçisinin təqsirləndirilən şəxslərə qarşı kobudluğuna görə qalmaqal yaşanıb.

azadliq.info

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button