Gündəm

Türkiyə İŞİD-ə qoşulmaq istəyən azərbaycanlıları bizə vermədi – VİDEO

Türkiyə İŞİD-ə qoşulmaq istəyən azərbaycanlıları bizə vermədi - VİDEOSuriyaya keçmək istəyərkən Türkiyədə saxlanan azərbaycanlılar Ukraynaya deportasiya ediliblər.

ANS TV-nin Türkiyə bürosunun məlumatın görə, Türkiyə-Suriya sərhədndə bir neçə gün öncə 4 azərbaycan vətəndaşı qanunsuz olaraq Suriyaya keçmək istəyərkən saxlanmaşdı. Və onlar barədə rəsmi araşdırmalara başlanmışdı ki, deportasiya edilib Azərbaycana göndərilsin.

Lakin Kilis polisindən aldığımız məlumata görə, 23 yaşlı Paşayeva Simnarə onun 10 aylıq körpəsi Paşayeva Məryəm və 18 yaşlı Musayeva Aynur və 24 yaşında Əlmətov Abdul rəsmi posedurlardan sonra Türkyiədən deportasiya olunublar. Normalda onlara Azərbaycana deportasiya olunmalı idilər. Amma Türkiyə qanunlarına əsasən həmin şəxslər öz istədikləri ilə ölkəyə Türkiyədən deport oluna bilərlər. Aldığımız məlumata görə, həmin şəxslər Ukryananı seçərək ora deportasiya olunublar. Son məlumata görə, 23 yaşlı Simnarənin həyat yoldaşı Araz hazırda İŞİD silahlılarının tərkibində döyüşür

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button