Gündəm

Sumqayıtda körpəsi oğurlanan ana ilə bağlı ŞOK FAKTLAR

Sumqayıtda körpəsi oğurlanan ana ilə bağlı ŞOK FAKTLAR4 ay əvvəl Sumqayıtda 2 aylıq körpəsinin oğurlanması hadisəsi tanınan Aysel Əhmədova ilə bağlı maraqlı məlumat yayılıb. Onun övladlarından birini Sumqayıt şəhərindəki 26 saylı körpələr evi-uşaq bağçasına verdiyi bildirilir. APA TV-nin əldə etdiyi məlumata görə, üç uşağı olan Aysel Əhmədova böyük övladını 3 ay əvvəl körpələr evinə verib. Uşaq həftənin 5 günü bağçada qalır, anası onu şənbə-bazar günləri evinə aparır. Bildirilir ki, qadın övladına qarşı laqeydlik edir, onunla kobud danışır. Bağçada mehriban münasibət görən uşaq anası ilə qalmaq istəmir. Aysel Əhmədova oğurlanan uşağını da körpələr evinə vermək istəyib. Hətta onları sənədsiz bağçada qoymağa cəhd edib.

Aysel Əhmədovanın özü ilə görüşmək cəhdimiz baş tutmayıb. Onun yaşadığı ünvanda heç kimi tapmaq mümkün olmayıb. Aysel Əhmədovanın işlədiyi mağazadan bildirilib ki, o bir müddət əvvəl işdən ayrılıb.

Telefon vasitəsilə əlaqə saxladığımız Aysel Əhmədova əvvəlcə müsahibə verəcəyini desə də, sonra fikrindən daşınıb. O, bunu valideynlərinin icazə verməməsi ilə əlaqələndirib.

Məlumat üçün bildirək ki, avqustun 13-də Sumqayıt sakini Aysel Əhmədova polisə müraciət edərək, tanımadığı qadının övladını qaçırdığını bildirmişdi. Aysel Əhmədovanın iddiasına görə, uşağını parkda müvəqqəti saxlaması üçün tanımadığı qadına verib.

Keçirilən əməliyyatla uşağı oğurlamaqda təqsirləndirilən Xırda Babayeva saxlanılmış, körpə anasına qaytarılmışdı. O, övladının olmadığı üçün bu addımı atdığını demişdi.

Qeyd edək ki, Xırda Babayeva barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button