Gündəm

Çili diktatorunu devirən şəxs İlham Əliyevin kabinetində

Çili diktatorunu devirən şəxs İlham Əliyevin kabinetindəAzərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 18-də Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib.

Sosialist İnternasionalının baş katibi Luis Ayala Azərbaycan Sosial Demokrat Partiyasının 25 illik yubiley konfransında iştirak etmək üçün ölkəmizə səfərindən məmnun olduğunu bildirib. O, Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrin inkişafı ilə bağlı əldə olunan nailiyyətlərdən danışıb.

Görüşdə beynəlxalq əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Luis Ayala Çili diktatoru Auqusto Pinoçeti devirən qüvvələrin əsas təşkilatçılarından biri olub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button