Gündəm

Diplomatın məmur oğluna müdhiş ittiham

Diplomatın məmur oğluna müdhiş ittiham«Azərbaycanın Avropa Şurası yanında keçmiş daimi nümayəndəsi, Azərbaycanın Kubadakı keçmiş səfiri, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Aqşin Mehdiyevin oğlu Samir Mehdiyev etibarımdan sui-istifadə edərək 7000 manat pulumu mənimsəyib». Bu sözləri musavat.com saytına şikayətçi Araz Yusifov deyib.

Araz Yusifovun sözlərinə görə, Ədliyyə Nazirliyində çalışan Samir Mehdiyev onun üçün ABŞ-a viza düzəldəcəyi barədə vəd verib. Bu vədin əsasında ondan 7000 manat pul alıb. Amma sözünə əməl etməyib: «Mən təhsilimi davam etdirmək üçün ABŞ-a getmək istəyirdim. Bunun üçün də viza lazımdır. Vizanı almaq üçün isə müəyyən tələblər var. Hansı ki, o tələbləri mən qarşılaya bilmirəm. Buna görə də, başqa bir yol axtarmağa başladım. Fırıldaqçı olduğunu sonradan anladığım bir nəfər məni Samir Mehdiyevlə tanış etdi. Öyrəndim ki, Samir Mehdiyev Penitensiar Xidmət də mayor vəzifəsində çalışır. Atası da Azərbaycanın Avropa Şurası yanında keçmiş daimi nümayəndəsi, Azərbaycanın Kubadakı keçmiş səfiri, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Aqşin Mehdiyevdir. Buna görə də ona inandım».

A.Yusifovun dediklərinə görə, Samir Mehdiyev onun viza ala bilməsi üçün bir neçə saxta sənəd də düzəldib: «S.Mehdiyev mənə dedi ki, bəs, məni atasının köməkliyi ilə ABŞ-a göndərəcək. Mənim üçün xüsusi dəvətnamə göndəriləcək və viza məsələm həll ediləcək. Bütün bunlar üçün isə məndən 7000 manat istədi. Mən də onun atasının nüfuzuna inanaraq, istədiyi məbləği ona verdim. Həmin məbləği 23 avqust 2014-cü il tarixində Binəqədi rayonunda fəaliyyət göstərən 11 saylı notariat kontorunda Samir Mehdiyevə vermişəm. Viza sentyabrın 18-də verilməli idi. Amma sonradan aydın oldu ki, o, məni aldadır. Müxtəlif bəhanələrlə pulumu vermir. Həmçinin bəlli oldu ki, o, saxta sənədlərlə vətəndaşları aldadıb onlara külli miqdarda ziyan vurub. Samir mənim üçün də saxta sənədlər hazırlayıb».
A.Yusifov deyir ki, S.Mehdiyevin atasının vəzifədə olmasına görə, şikayətini heç bir qurum baxmır: «Əlimdə bütün dəlillər var. Bu dələduzla bağlı Ədliyyə Nazirliyinə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, ombudsmana və digər dövlət orqanlarına müraciət etmişəm. Amma baxan yoxdur.

Onun atasının nüfuzuna görə, hamısı məsələni işıqlandırmaqdan, araşdırmaqdan çəkinir. Heç kim bu saxtakarı həbs etmir. Axı bu adam həm mənə pul latıb», həm də saxta sənədlər düzəldib. Bu 7000 manat təkcə ona çatmayıb. Çünki viza üçün bəzi tələblər var. Misal üçün daimi iş yerim, yaxşı evim olmalıdır. Bunlar isə məndə yoxdur. Kasıb adamam. Rayondakı evimi satıb, Samirə 7000 manat pul vermişəm. O isə vəzifəli adamların əli ilə mənim üçün saxta sənədlər hazırlayıb. Guya Xətai rayonunda obyektim var, Binəqədi rayonunda da evim. Bu sənədləri hazırlayanlara da bu pullardan pay çatıb. Ona görə də, mənim məsələm işıqlanmır.

S.Mehdiyev mənə ödəməli olduğu 7000 manatın cəmisi 3000 manatını qaytarıb. Amma ANS Tv-ə verdiyi açıqlamada deyib ki, guya 4000 manatı qaytarıb və aramızda sadəcə borc məsələsi olub. Yalan deyir… O, hələ də mənə 4000 manat borcludur. Mən milyonçu deyiləm. Dörd min manat mənim üçün çox böyük məbləğdir».

Şikayətçi həmçinin əlavə edib ki, problemi həll olunmayacağı təqdirdə Azərbaycan vətəndaşlığından imtina etmək məcburiyyətində qalacaq.

Dələduzluqda ittiham olunan Samir Mehdiyevlə əlaqə saxlamağa çalışdıq. Amma telefon zənglərimizə cavab vermədi. İstənilən zaman adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button