Hadisə
Xırdalanda hündürmərtəbəli binada yanğın olub
Xırdalan şəhərində hündürmərtəbəli binada yanğın olub, sakinlər təxliyyə edilib.
ANS PRESS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində hündür mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 12-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 36 p.m yanıbr.
Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 20:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.