Hadisə

Ukrayna təyyarəsi məcburən İrəvana endi: 25 azərbaycanlı çarəsiz qaldı

Ukrayna təyyarəsi məcburən İrəvana endi: 25 azərbaycanlı çarəsiz qaldıUkrayna Hava Yollarına məxsus Kiyev-Tiflis reysini həyata keçirən təyyarə nasazlıq səbəbindən Ermənistanın paytaxtı İrəvana məcburi eniş edib.

Publika.az xəbər verirki, bu zaman təyyarədə 25 azərbaycanlı da olub.

İrəvan aeroportunda təyyarədən düşmək istəməyən azərbaycanlılar sonradan gözləmə zalına aparılıblar. Burada azərbaycanlılara sərhəd keçid məntəqəsində pasportlarına möhür vurularaq, quru yolu ilə Gürcüstana getmək təklif olunub.

Azərbaycanlıların israrından sonra onlara təyyarənin təmirini gözləmək məsləhət görülüb.

Uzun müddət gözlədikdən sonra onlar təyyarə ilə Tiflisə yola salınıblar.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button