Hadisə

Əsgərliyə gedəsiydi, zindana düşdü

Əsgərliyə gedəsiydi, zindana düşdüAPA-nın məlumatına görə, hadisə ötən axşam rayonun Uzuntəpə kəndindəki “Stansiya” adlanan ərazidə qeydə alınıb.

Kənd sakini,18 yaşlı Fərhad Abbasov şəxsi münaqişə zəminində həmkəndlisi və qonşusu olan 22 yaşlı Seymur Əliyevə üzərində gəzdirdiyi bıçaqla ağır bədən xəsarətləri yetirib. Yaralı təcili yardım maşını ilə dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Fərhad Abbasov saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Qeyd edək ki, qətlə yetirilən Seymur Əliyev ailəli olub, bir övlad atası idi. Onun qatili Fərhad Abbasov isə 2015-ci ilin yanvarında hərbi xidmətə gedəcəkdi. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button