Hadisə

Azərbaycanlı milyarder Nəqliyyat Nazirliyi ilə 19 milyardlıq müqavilə bağladı

Azərbaycanlı milyarder Nəqliyyat Nazirliyi ilə 19 milyardlıq müqavilə bağladı

Rusiyanın Nəqliyyat Nazirliyi futbol üzrə 2018-ci il dünya çempionatının keçirilməsi üçün Rostovda stadionun tikintisinə dair azərbaycanlı milyarder Araz Ağalarovla müqavilə bağlayıb.

Virtualaz.org saytı RBK agentliyinə istinadla xəbər verir ki, müqavilənin dəyəri 19 milyard rubldur. Müqavilədə Rusiyanın Nəqliyyat Nazirliyi dövlət sifarişçisi qismində çıxış edir, Araz Ağalarovun “Crocus İnternational” şirkəti isə 45 min tamaşaşı yerinə malik stadionun tikinti-montaj işlərinin yerinə yetirilməsini üzərinə götürən baş podratçıdır.

Nəqliyyat Nazirliyi adından müqaviləni “Sport-İnjinirinq” idarəsinin rəisi Dmitri Popov imzalayıb.

“Crocus İnternational” şirkəti Rusiya hökumətinin 28 mart, 2014-cü il tarixli qərarı ilə Rostovda stadionun tikintisinə dair baş podratçı seçilib.

Müqaviləyə görə, stadionun tikintisi 2017-ci il, dekabrın 25-nə qədər bitməlidir. Tikintiyə dünya çempionatının keçirilməsi üzrə Təşkilat Komitəsi nəzarət edəcək.

Azərbaycanlı milyarder Nəqliyyat Nazirliyi ilə 19 milyardlıq müqavilə bağladıRostov stadionu belə olacaq

Hazırda ərazinin tikintiyə hazırlanması işlərinin birinci mərhələsi başa çatdırılıb. Rostov stadionunda dünya çempionatının 8/1 və 4/1 final oyunları keçiriləcək.

“Crocus İnternational” Rusiyanın ən iri devoloper şirkətlərindən biridir, dövlət sifarişi ilə həyata keçirdiyi ən iri layihə Vladivostokda, Rus adasında Uzaq Şərq Universiteti şəhərciyidir.

Şirkət Moskva Dairəvi Avtomobil Yolunun tikintisinə dair tenderlərə qatılaraq ən aşağı qiymət təklif etsə də komissiya şirkətin yol layihələrində yetərli təcrübəsinin olmadığını iddia edərək onu tenderə buraxmayıb.

Bununla belə “Crocus” 2018-ci il dünya çempionatı üçün Kalininqradda tikiləcək 60 minlik stadionun da baş podratçısıdır.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button