Hadisə

Kürdəmirdə qəza: 1 ölü, 1 yaralı

Kürdəmirdə qəza: 1 ölü, 1 yaralı
Kürdəmirdə 1 nəfərin ölümü 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Savash.org APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bakı – Qazax magistral yolunun Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. 09 BL 689 dövlət nömrə nişanlı “Kamaz” markalı yük maşını ilə Kürdəmir rayon sakini Kərimov Fikrət Sidqəli oğlunun idarə etdiyi 10 TY 306 dövlət nömrə nişanlı VAZ-2106 markalı minik maşını toqquşub. Nəticədə VAZ markalı maşının sürücüsü hadisə yerində ölüb. Sərnişini isə Kürdəmir rayon sakini 35 yaşlı Şirəliyev Aqil Kərim oğlu müxtəlif xəsarətlərlə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button