Hadisə

Bir qadın üç kişini belə aldatdı

Bir qadın üç kişini belə aldatdıBakıda qadının törətdiyi dələduzluq əməli ilə bağlı polisə bir neçə şikayət ərizəsi daxil olub.

Məlumata görə, Masallı rayon sakini, 1964-cü il təvəllüdlü Xəlilov Ehtiram Malik oğlu müraciət edərək bildirib ki, bu il martın 15-də paytaxt sakini Dilbər Süleymanovaya Badamdar qəsəbəsi, 3-cü massiv adlanan ərazidə 3 sot torpaq almaq üçün 5500 manat verib. Lakin qadın vədinə əməl etməyib və pulu geri qaytarmayıb.

Bundan başqa Ağdam sakini, 1975-ci il təvəllüdlü Şirinov Nurəddin Nüsrət oğlu və Masallı sakini, 1970-ci il təvəllüdlü Nurullayev Məhəmməd Yusif oğlu da eyni şikayətlə polisə müraciət edib. Onların hər biri Dilbər Süleymanovaya yuxarıda qeyd edilən ərazidə 3 sot torpaq almaq üçün 3 min manat verdiklərini və aldandıqlarını qeyd ediblər.

Araşdırmalar davam etdirilir (lent.az).

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button