Hadisə

ABŞ səfirliyinin maşını motosikletlə toqquşdu, gənc qız öldü

ABŞ səfirliyinin maşını motosikletlə toqquşdu, gənc qız öldüBir neçə dəqiqə əvvəl Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, ABŞ səfirliyinə məxsus “Chevrolet” markalı maşınla motosiklet toqquşub. Qəza “Chevrolet” ABŞ səfirliyinin Azadlıq prospektində yerləşən binasına dönərkən baş verib. Böyük sürətlə hərəkət edən motosiklet səfirliyin maşınına arxadan çırpılıb.

Qəza zamanı motosikletdə yedəkdə oturan qız hadisə yerindəcə keçinib. Motosikletin sürücüsü olan gənc isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Motosikletdə əyləşən qızın qoruyucu kaskası olmayıb.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib. Araşdırma gedir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button