Hadisə

Hüquq-müdafiəçisinə hücum -Foto

Hüquq-müdafiəçisinə hücum -Foto
Azərbaycanda hüquq müdafiəçisinə sui-qəsd olunub.

Avropa.info xəbər verir ki, Sosial Hüquqların Monitorinq Qrupunun rəhbəri Azad İskəndərliyə sui-qəsd edilib.

Hüquq müdafiəçisinin oğlunun saytımıza verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında Bakı şəhərində , Babək prospektində yerləşən \”Sərin\” şadlıq evinin önündə baş verib. Azad İsgəndərli toy məclisindən çıxarkən ona hərəkətdə olan BMV avtomobilindən \”Vincesrt\” markalı silahdan iki dəfə atəş açılıb.

Azad İsgəndərli avtomobilinə yaxınlaşarkən atəş açıldığından hüquq müdafiəçisi yerə oturub. Verilən məlumata görə avtomobildə ciddi xəsarət var. Azad İsgəndərli ağır şəkər xəstəsi olduğundan şəkəri qalxmış halda, hal hazırda Şirvan şəhərindəki evindədir . Hazırda həkim müayinəsindədir. Həkim müayinəsi bittikdən sonra hüquq mühafizə orqanlarına rəsmi müraciət ediləcəyi bildirilib. Hüquq-müdafiəçisinə hücum -Foto
Hüquq-müdafiəçisinə hücum -Foto

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button