Hadisə
15 yaşlı qız hamamda öldü
Salyan rayonunda 1 nəfər dəm qazından boğularaq ölüb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gün axşam saat 21-30 radələrində Salyan şəhərinin Ənnağı Hüseynov küçəsində qeydə alınıb.
Belə ki, həmin ünvanda kirayədə yaşayan, Cəlilabad rayon sakini 15 yaşlı Sevanə İdris qızı Nəbiyeva hamamda çimərkən dəm qazından boğularaq dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib. Mərhumun meyiti daxili və xarici müayinələr üçün məhkəmə tibbi ekspertizsına göndərilib.
Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.