Hadisə

Dəm qazından boğulan 15 yaşlı qız biznesmenin qulluqçusu imiş

Dəm qazından boğulan 15 yaşlı qız biznesmenin qulluqçusu imiş
Salyan rayonunda 1 nəfər dəm qazından boğularaq ölüb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gün axşam saat 21-30 radələrində Salyan şəhərinin Ənnağı Hüseynov küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda kirayədə yaşayan, Cəlilabad rayon sakini 15 yaşlı Sevanə İdris qızı Nəbiyeva hamamda çimərkən dəm qazından boğularaq dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib. Mərhumun meyiti daxili və xarici müayinələr üçün məhkəmə tibbi ekspertizsına göndərilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Virtualaz.org saytının müxbiri bu hadisənin təfərrüatlarını araşdırıb. Ortaya maraqlı fakt çıxıb. Məlum olub ki, 15 yaşlı yeniyetmə Salyanda ticarətlə məşğul olan imkanlı biznesmenin kirayə tutduğu evdə qulluqçu kimi çalışırmış.

Xəbərdə o da deyilir ki, adı açıqlanmayan həmin biznesmen əslən Salyandan deyil. O, Bakıdan Salyana gedərək orada ticarətlə məşğul olur və rayonda kirayə tutduğu evdə yaşayırmış.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button