Hadisə

Daha bir mafiya \”razborkası\”; türk mafioz öldürüldü

Daha bir mafiya "razborkası"; türk mafioz öldürüldüTürkiyədə son bir neçə həftədə mafiyalar arasında yaşanan qanlı toqquşmalar Avropaya da sıçrayıb.

Hollandiyadakı türk mafiyası liderlərindən olan Okan Fidan paytaxt Amsterdamda silahlı hücuma məruz qalaraq öldürülüb.

44 yaşlı mafiya lideri \”Volvo” markalın avtomobilinin sükan arxasına keçdikdən sonra qəfil silahlı hücumla üzləşib. Hücum nəticəsində ağır yaralanan Okan Fidan aparıldığı xəstəxanada həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

5 il əvvəl də ona qarşı hücum təşkil edilmiş, lakin həmin vaxt mafiya liderinin zirehli maşında olması, onu ölümdən xilas etmişdi.

Mafiya liderinin ölümündən sonra holland və türk təhqiqatçılar bir neçə hücum arasındakı əlaqələri araşdırmağa başlayıb.

Xatırladaq ki, son 2 həftədə artıq 5 türk mafiya başçısı öldürülüb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button