Hadisə
Öcalanın görüşünə gedən heyət fırtınaya düşdü
Türkiyədə ömürlük həbsdə olan PKK lideri Abdullah Öcalanın yanına gedən qrup fırtınaya düşüb.
Musavat.com-un məlumatına görə, HDP heyəti Öcalan ilə “Həll prosesi” çərçivəsində müzakirələr aparmaq üçün İmralı adasına yollanıb. Heyəti aparan gəmi fırtınaya düşüb və motoru iki dəfə dayanıb. Gəmi batmaqdan son anda xilas olub.
HDP-lilər bildiriblər ki, hava şərtləri imkan verən kimi adaya yollanacaqlar.