Hadisə

Azərbaycanlı biznesmenlər döyüldü

Azərbaycanlı biznesmenlər döyüldü

Ukraynanın Odessa vilayətində son bir həftədə iki azərbaycanlı iş adamı hücuma məruz qalaraq döyülüb.

Ukrayna Ədliyyə Nazirliyinin Odessa üzrə ərazi idarəsinin baş icraçısı Aydın Əliyev APA-ya bildirib ki, onun qohumu, iş adamı, Azərbaycan vətəndaşı Həsənov Şaiq Zakir oğlu yanvarın 2-də axşam saatlarında həyat yoldaşı və övladı ilə yaşadığı Kiyevski rayonu ərazisində gəzintiyə çıxarkən hücuma məruz qalıb. O qeyd edib ki, gəzinti zamanı yaxınlıqda olan bir qrup gənc onların ayağının altına partlayıcı paket atıb və təhqiramiz ifadələr işlədiblər, Şaiq Həsənov onlara etirazını bildirəndə isə mübahisə yaranıb: “Bu zaman yaxınlıqda olan milis post-patrul xidmətinin əməkdaşları onlara yaxınlaşaraq Şaiq Həsənovu saxlayıblar və onu ailəsi ilə birlikdə şöbəyə aparıblar.

Şöbədə “niyə bizi təhqir edən gəncləri yox, məni ailəmlə birlikdə bura gətirmisiniz” deyə etiraz edən Şaiq Həsənov milis işçisi tərəfindən avtomatın qundağı ilə döyülüb və huşunu itirib. Onu dərhal xəstəxanaya yerləşdiriblər”. Ukrayna DİN-in Odessa vilayəti üzrə Baş İdarəsinin Kiyevski rayon şöbəsinin istintaq idarəsinin rəisi Aleksandr Milçuk sayta açıqlamasında hadisə ilə bağlı cinayət işi başlandığını bildirib: “Biz çox təəssüf edirik ki, milis əməkdaşları tərəfindən belə hadisənin törədilməsi faktı qeydə alınıb. Hazırda bizim əməkdaşlar bunu araşdırırlar və əgər milisin bu əməli sübuta yetirilsə, prokurorluğa məruzə olunacaq və əmin ola bilərsiniz ki, günahkarlar cəzasına çatacaq”. Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev isə deyib ki, Ali Radanın Odessa vilayətindən olan deputatı Aleksey Qonçarenko onlara baş vermiş hadisənin araşdırılmasını nəzarətində saxlayacağını vəd edib.

R. Tağıyev assambleya adından Ukrayna Baş Prokurorluğuna və dövlət başçısına müraciət olunacağını da söyləyib. Qeyd edək ki, 5 gün əvvəl Odessada başqa bir Azərbaycan vətəndaşı, iş adamı Ram Atakişiyev də zorakılığa məruz qalıb. Aydın Əliyevin sözlərinə görə, şəhər kənarında R. Atakişiyevin avtomobilinin qarşısı kəsilib, maskalı və silahlı şəxslər maşından düşürərək onu huşunu itirənə qədər döyüblər və öldüyünü düşünüb, hadisə yerindən qaçıblar. Hər iki hadisə ilə əlaqədar Odessa vilayət Prokurorluğuna ərizə ilə müraciət olunub.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button