Hadisə

\”Avtoş\”lar şəhər meydanını dağıtdılar (VİDEO)

"Avtoş"lar şəhər meydanını dağıtdılar (VİDEO)
Bəlkə də Bakıdan sonra \”avtoş\”ların meydan suladığı ikinci şəhər Lənkərandır.
Avtosfer.az-ın verdiyi məlumata görə, burada deyəsən elə bir toy karvanı yoxdur ki, orada \”avtoş\” sürücülər hoqqabazlıq etməsinlər.

Maraqlıdır ki, orada həmişə Dövlət Yol Polisinin əməkdaşları da olur. Lakin bəzən avtoxuliqanlar meydanı ələ keçirib. Onlar hoqqabazlıq edəndə yol polisləri gözə görünmür. İnsanların həyatını açıq-aşkar təhlükəyə atan bu sürücülərin cəzalanması mütləqdir.

Yol polisi də əhali arasında təbliğat işləri aparıb insanları bu cür əməllərdən çəkindirməlidir.

\”Avtoş\”ların şou göstərələrini əks etdirən videonu təqdim edirik. Konkret bu videoya gəlincə, sosial şəbəkədə nə vaxt yayıldığı məlum olmasa da, məlum olan budur ki, videonun üzərində \”Elvir – 90 ET 733. Şəhriyarın toyu\” yazılıb. Bu video köhnə olsa belə, Lənkəranda avtoxuliqanlarla bağlı artıq çoxsaylı videolardan biridir.

Görünür, Lənkəranda bu sahədə ciddi iş görülməlidir.
https://www.youtube.com/watch?v=jO3_nwIiFO4

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button