Hadisə
Bakıda qaçqın şəhərciyində qadın bıçaqladılar
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 7-ci mikrorayonda, Şövkət Məmmədova küçəsi-6 ünvanında yerləşən qaçqın şəhərciyində qeydə alınıb.
1977-ci il təvəllüdlü Gülbahar Cəlal qızı Hüseynova naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. G.Hüseynova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.