Hadisə

Xalq artisti Fuad Poladov dünyasını dəyişdi

Xalq artisti Fuad Poladov dünyasını dəyişdi
Xalq artisti Fuad Poladov dünyasını dəyişib. Bu barədə APA-ya onun ailəsindən məlumat verilib. Bildirilib ki, F.Poladov mayın 4-də axşam saatlarında vəfat edib.

Fuad Poladovun cənazəsi bu gün saat 13:00-da öz evindən götürüləcək. O, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. Sənətə 1966-cı ildə \”İstintaq davam edir\” filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin \”Məhv olmuş gündəliklər\” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub.

20 mart 1987-ci ildə \”Azərbaycanın xalq artisti\” fəxri adını alıb.

Fuad Poladov 50-yə yaxın filmdə və tamaşada müxtəlif rolları böyük sənətkarlıqla ifa edib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button